Gələn həftə cümə və şənbə küçəyə çıxmaq qadağası ola bilər - VİDEO

Baxış sayı:
1867

"Növbəti həftəsonu da sərt karantin rejiminin tətbiq edilməsi haqda qərar qəbul edilib".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Növbəti həftə təklif olunur ki, həftənin 5-ci və 6-cı günü - 19-20 iyunda karantin günü olsun, bazar günü isə istirahət günü əhaliyə sərbəst hərəkətə icazə verilsin. Bazar günü sosial məsafənin qorunması üçün müəyyən məhdudiyyətlər tətbiq oluna bilər".