​Gələn ay Rusiya və Türkiyə arasında vacib addım atılacaq

Baxış sayı:
3304

Vətəndaşların ayrı-ayrı kateqoriyaları üçün viza rejiminin sadələşdirilməsi üzrə Rusiya-Türkiyə məsləhətləşmələri oktyabr ayında Moskvada keçiriləcək.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
Rusiya və Türkiyə XİN rəhbərlərinin danışıqlarının yekunlarına əsasən vətəndaşların ayrı-ayrı kateqoriyaları, o cümlədən xidməti pasport sahibləri və uzaq məsafələrə ağır yüklü avtomobillərin sürücüləri üçün səfər rejiminin qarşılıqlı sadələşdirilməsi barədə sazişlərin hazırlanması mexanizmini yaratmaq qərara alınıb.