Gəlin, bu şəhəri əsl sahiblərinə qaytaraq - Ərdoğan

Baxış sayı:
4153

Ən azı yarım milyon suriyalı geri dönmək üçün Türkiyədən bölgəni təhlükəsiz vəziyyətə gətirməsini gözləyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirilən seçki mitinqində deyib. O, bu işdə ABŞ və Avropa başda olmaqla, bütün dünyadan Türkiyəyə dəstək olmağı istəyib:
“Ölkəmizdə sığınacaq axtaran şəxslər üçün bu günə qədər 37,5 milyard dollar xərclənib. Bu gün Suriyadan qaçanların geri döndükləri yeganə yerlər Türkiyənin təhlükəsizliyini təmin etdiyi bölgələrdir. Terror təşkilatları Suriya sərhədinin digər tərəfində havadan hücum etməyə başladıqda yanımızda heç kimi tapmadıq. Müttəfiqlərimiz dəstək verməməklə yanaşı, havadan müdafiə sistemlərini də ölkəmizdən çıxartdı. Gəlin, İdlibdə təhlükəsizliyi təmin edək, Menbiçi əsl sahiblərinə təslim edək”.