​Gələcəyin holoqramlı ev yardımçısı – VİDEO

Baxış sayı:
5935

Cənubi Koreyanın “Samsung” şirkəti süni intellekt sahəsi ilə bağlı bir sıra layihələrinin təfsilatlarlarını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Newru.com” məlumat yayıb.
 “C-Lab” eksperimental laboratoriyasının konsept layihələrindən biri holoqramlı virtual ev yardımçısı olacaq.  
“Aurora” adını almış sistemə mobil tətbiq və istifadəçinin smartfonu yerləşdirdiyi xüsusi cihaz daxildir. Smartfon qeyri-adi dok stansiyada elektrik qidası alan zaman, humanoid yardımçını əks etdirən psevdo-holoqram peyda olur.
Nümayiş xarakterli videoçarxa görə, “Aurora” istifadəçinin müxtəlif sorğularını anlaya bilir, onunla dialoq qurur, əşyaların psevdo-holoqramlarını yarada bilir, telefon zənglərini qəbul edir.
Yardımçı eyni zamanda smartfonun kamerası hesabına insan jestləri və emosiyalarını tanıya bilir, insanın əhval-ruhiyyəsinə uyğun olaraq adekvat reaksiya göstərir.
Layihənin 9-18 mart tarixlərində  ABŞ-ın Ostin şəhərində keçiriləcək “SXSW” konfransında təqdim olunacağı gözlənilir.