GİZLİ TOPLANTI İFŞA OLUNDU

Baxış sayı:
5704

ABŞ-da Trampın prezident kürsüsündə oturduğu seçkiyə yönəlik "hiylə” araşdırmasında Birləşmiş Ərəb Əmirliyi(BƏƏ) və İsrailin izlərinə rast gəlinib. Seçkidən 3 ay əvvəl Trampın oğlu Donald Tramp ilə gizli görüşən BƏƏ nümayəndəsi Corc Nadir və İsrailli Joel Zamilin "seçkiyə müdaxilə” təklif etdiyi bildirilir. Zamil, sosial mediada manipulyasiya edə bilən bir şirkətə sahibdir.
 
ABŞ-da xüsusi prokuror Müller tərəfindən aparılan prezident seçkilərinə müdaxilə araşdırmasında BƏƏ və İsrailin də seçkilərdə barmağı olduğu ortaya çıxıb.
ABŞ-ın Yaxın Şərq siyasətini formalaşdırmaq üçün ölkədə lobbi fəaliyyətləri aparan BƏƏ və İsraildən məsləhətçi və mütəxəssislərin Trampın oğlu Donald Trump Jr. İlə seçkilərdən əvvəl “Tramp Tower”-də gizli bir görüş həyata keçirdikləri ortaya çıxıb.
ABŞ-da xüsusi prokuror Robert Müller tərəfindən aparılan ABŞ seçkilərinə müdaxilə araşdırması, seçkilərdə Birləşmiş Ərəb Əmirlikləri və İsraillə əlaqəli şəxs və qurumların əlaqəsinin olması ilə yeni bir döngəyə girib. “The New York Tayms”-da yer alan xəbərə görə, 2016 ABŞ-dakı Prezident seçkilərindən 3 ay əvvəl, Trampın böyük oğlu Donald Tramp Jr, Nyu-Yorkdakı “Tramp Tower”-də kiçik bir qrupla gizli görüş keçirib.
 
“TRAMP TOWER”-də GÖRÜŞDÜLƏR
 
Keçirilən gizli toplantıda Yaxın Şərqdə bir çox qaranlıq işin içərisində yer alan muzdlu əsgər şirkəti “Blackwater”-in keçmiş sahibi Erik Prins, Abu Dabi Vəliəhd Şahzadəsi Məhəmməd Bin Zayed və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd Bin Salmanın nümayəndələri, Birləşmiş Ərəb Əmirliklərinin əməli işlərinə məsləhətçilik edən Corc Nadir ilə İsrailli Joel Zamil iştirak ediblər. Sosial mediada manipulyasiya ilə məşğul olan bir şirkətə sahib olan Zamilin şirkətində sosial mediadan məlumat toplama mövzusunda ekspert kimi İsrail xüsusi xidmətinin keçmiş əməkdaşlarının çalışdığı məlumdur. İclasda Nadir və Zamilin Trampa seçkilərə müdaxilə etmə təklif etdikləri məlum olub.
 
 MİLYON DOLLARLIQ İŞ
 
 Joel Zamilin iclasda təqdim etdiyi milyon dollarlıq sosial media işinin qəbul edilib, edilmədiyi dəqiq bir şəkildə bilinməsə də, Trampın oğlunun təklifi qəbul etdiyinə dair güclü işarələr var. İclasda Abu Dabi Vəliəhd Şahzadəsi Məhəmməd Bin Zayedi təmsil edən Corc Nadirin, bu prosesdən sonar Trampın kürəkəni Jared Kuşner və Maykl Flynnlə də əlaqə saxladığı bilinir. Corc Nadirin, İranda stabilliyi pozmaq üçün Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanıyla birgə hazırladıqları gizli bir planı da toplantıda gündəmə daşıdığı bildirilir. Nadirin həmçinin seçkidən sonra Coel Zamilə 2 milyon dollar ödədiyi bildirilir. Xüsusi səlahiyyətli prokuror Müller, bir müddət əvvəl istintaq çərçivəsində Corc Nadiri sorğuya almışdı. Həmçinin bir müddət əvvəl də Abu Dabi rəhbərliyinin, İsrail lobbisinin iş tərzinə uyğun olaraq ABŞ-da siyasətçilər, düşüncə təşkilatları, mütəxəssislər və sosial media trollarından ibarət olan bir şəbəkə qurduğu ortaya çıxmışdı.
Müxalifət.az