Gizli səs yazısı yayılan erməni məmurlarla bağlı istintaq başladı

Baxış sayı:
7111

Ermənistanın İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Xidməti rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda açılan cinayət işini qəbul edərək istintaq prosesinə başlayıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər. 

Qeyd olunub ki, həmin gizlin səs yazısında Artur Vanetsyan və Sasun Xaçatryanın vəzifə səlahiyyətlərini aşdıqlarına dair açıq-aydın faktlar var. Bu səbəbdən də, Baş ProkurorluqCinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci bəndini əsas tutaraq Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinə qarşı cinayət işi açmaqla İstintaq Komitəsinə göndərib. Komitə də öz növbəsində işin icraatına başlayıb.

Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar, Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.