Gizli şahid MKİ-nin Ankaradakı RƏİSİNİ İFŞA ETDİ

Baxış sayı:
3631

FETÖ-çu keşiş Endryu Kreyq Brunson haqqında hazırlanan ittihamnamədə İlginc detallar ortaya çıxıb. İddianamədə yer alan gizli şahid "Dua", bütün detalları açıqlayıb: MKİ-dən istefada olan Peterson, Ankaradakı casusların rəisi olub. Cənub-şərqdə Kürd əhaliyə yardım maskası altında terror təşkilatı PKK-ya yardım ediblər.
 
Gizli şahid “Dua”nın ifadəsindəki təfərrüatlar:
 
MKİ-nin ANKARA ŞEFİ
 
“Duard Peterson, Ankarada olan Amerikalı casusların şefi idi. Bu adam MKİ Elektron Dinləmə Hissəsindən təqaüdə çıxıb. Amerikalılar Şərqi və Cənub-şərqi Anadoluda yardım maskası adı altında missionerlik və casusluq fəaliyyətləri həyata keçiriblər. Dövrün FETÖ-dan həbsə alınan Siirt Rayon Polisinin rəisi Rəcəb Güvən də o dövrdə Amerikalı əsgərlərə kömək edib. Hakkari, Yüksekova, Mardin, Diyarbəkir, Şanlıurfa, daha sonra Siirt, Bingöl, Qars və Muşda fəaliyyət göstəriblər. Buradakı fəaliyyətlə onlara verilən xərc limitlərini aşıblar. Onlar 2010-cu ildə Siirtə girə bilmədikləri üçün o tarixdə Siirt Rayon Polis rəisi olan Rəcəb Güvən bunları valiyə təqdim edərək Siirtdə fəaliyyət göstərmələrini təmin edib.
 
TERROR TƏŞKİLATI PKK-ya YARDIM ETDİLƏR
 
“Later Days Saints Church” Kilsəsi adına xeyriyyə qurumu işləri adı altında fəaliyyətlərlə bağlı 5 İyul 2011-ci ildə ABŞ-ın Ankaradakı səfirinin evində toplantı keçirilib. Səfir onlardan Şimali İraq, İordaniya, Suriya bölgəsinə üz tutmalarını istəyib. Bu toplantıdan sonra Şimali İraqda və Bərzani bölgəsində fəaliyyət göstərməyə başladılar. Süleymaniyyə, Ərbil və Kərkükdə Bərzaninin ofislərini istifadə etməyə başladılar. Regionda çalışan kilsə heyəti Amerikalı əsgərlərin, bəzən də peşmərgə paltarları geyinirdi.
 
35 İL HƏBSİ TƏLƏB OLUNUR
 
Qeyd edək ki, İzmir Diriliş Kilsəsinin Keşişi Endryu Kreyq Brunson, FETÖ və PKK ilə əlaqəsinin olduğu iddiası ilə iki il əvvəl həbs olunub. İzmir 2-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə, Brunson haqqında "təşkilat adına cinayət törətdiyi" və bu səbəblə də 15 il, "siyasi və ya hərbi casusluq məqsədilə təmin etmək" ittihamıyla 20 il olmaqla, toplam 35 il həbs cəzası tələb olunur.
Müxalifət.az