Gizli protokollar ortaya çıxdı: Məqsəd seçki deyil, hökuməti devirməkdir!

Baxış sayı:
6655

PKK-nın siyasi qolu olan HDP-nin seçki strategiyası və CHP ilə qurduğu ittifaqın əsl məqsədinin hökuməti devirmək və AK Partiyanı böləcək hücumlara zəmin hazırlamaq olduğu ortaya çıxıb.
 
CHP-nin HDP ilə etdiyi bələdiyyə seçkilərindəki ittifaqının detalları PKK-ya qarşı əməliyyatda ələ keçərilən HDP-nin vilayət yığıncaq protokollarında bütün detallarıyla ifşa edilib. İstanbul Prokurorluğunun terror təşkilatı PKK-ya yönəlik əməliyyatında nəzarətə alınan şübhəlilərin üzərindən çıxan HDP İstanbul vilayət təşkilatının seçki təlimləri qeydlərində, ittifaqın yalnız yerli seçkiləri əhatə etmədiyi aydın olub. CHP və HDP-nin əsl məqsədinin AK Partiya hökumətini devirmək və partiyanı böləcək hücumlara zəmin hazırlamaq olduğu müəyyənləşib. HDP-nin seçki strategiyasını əks etdirən sənədlər dərin ittifaqın hər cür yolu qanuni gördüyünü bütün çılpaqlığıyla gözlər önünə sərib.
 
HƏDƏF AK PARTİYA VƏ MHP
 
HDP-nin yerli təşkilatlarına verdiyi təbliğat təlimi qeydlərində yer alan strategiyaya görə, AK Partiya və MHP-dən başqa heç bir partiya əleyhində tənqid edilməyəcək və bu partiyalar müzakirə edilməyəcək. Xalqların Demokratik Konqresi (HDK) İcra təşkilatının üzvü Mevlüt Aykaç tərəfindən 3 mart 2019 tarixli HDP İstanbul Vilayət Təşkilatı Seçki Koordinasiya Yığıncağında bütün təşkilatlara verilən təlimatda "AK Partiya və MHP-də başqa digər partiyalar haqda tənqidi danışmır və müzakirə etdirmirik" deyildiyi aydın olub.
 
YENİ PARTİYAYA DƏSTƏK
 
Sənədlərdə əks olunan təlim qeydlərində HDP-nin CHP ilə qurduğu qeyri-rəsmi ittifaqın ən əhəmiyyətli ayağının isə AK Partiyanı bölmək olduğu aydın oldu. HDP Bahçelievler Məclis üzvünün evindən çıxan “Seçki Koordinasiya və Təlim” adlı yığıncaq qeydlərində, HDP-nin CHP ilə qalib gəldiyi təqdirdə AK Partiyanın daha rahat bölünə biləcəyi və partiyanı bölmək üçün qurulacağı danışılan yeni partiyanın meydana gələcəyi ifadə edilir. HDP-nin təşkilat üzvlərinə verdiyi təlimdə, "Həm qalib gələcəyik, həm də itkiyə məruz qoyacağıq. Faşizmin ayağını qıracağıq. Böyük şəhərlərdə AK Partiya məğlub olsa, yeni partiyanın qurulması üçün cəsarət verər və güc parçalanar" təbliğatı edilmişdir.
 
“TƏHDİD DİLİ” XƏBƏRDARLIĞI 
 
Əldə edilən protokollar ilə əlaqədar detallı məlumat verən HDP-li şübhəli Gökhan Özer, HDP-nin yerli təşkilat rəhbəri olduğunu ifadə edərək protokolların yığıncaqlarda edilən qeydlər ilə HDP-li idarəçilərin qeyd etdiyi məlumatlar olduğunu etiraf edib. Yenə eyni protokolların davamında HDP üzvlərinə hər gün axşam saat 20.00 ilə 24.00 arasında Twitterdə açılacaq haştaglarla sözdə terrorçubaşı Öcalan üçün PKK-lıların həbsxanalarda başlatdıqları aclıq aksiyalarını xalqa izah etmələri lazım olduğu və yerli seçkilər bitəbə qədər təhdid dili və qorxu siyasəti etməmələri istənilib.
 
HDP ilə çirkli heyət bazarlığı
 
Qeyd edək ki, CHP-nin seçkidən əvvəl HDP ilə etdiyi ittifaq çərçivəsində, məclis üzvlükləri, bələdiyyə sədrinin müavinləri və bələdiyyə heyətləri üzərindən bazarlıq edərək razılaşdığına dair sənədlər bir gün əvvəl gündəmə gəlmişdi. İstanbul prokurorluğunun terror təşkilatı PKK-ya yönəlik icra etdiyi istintaqda nəzarətə alınan şübhəlilərin üzərindən çıxan HDP vilayət təşkilatı yığıncaq protokollarında CHP ilə etdikləri ittifaqa dair detallar gün üzünə çıxmışdı.
Müxalifət.az