Gizli görüşlər keçirdiyim üçün üzr istəyirəm - Nazir

Xarici İşlər Nazirliyinə xəbər etmədən İsraildə keçirdiyim görüşlərə görə üzr istəyirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Böyük Britaniya Beynəlxalq İnkişaf naziri Priti Patel bildirib.
"Orada bir neçə insan və şirkətlə görüşmək imkanı əldə etdim. İndi geriyə doğru baxanda bu şəkildə münasibət qurmaq həyəcanımın necə yanlış şərh olunmasını görürəm. Buna görə təəssüf edirəm və üzr istəyirəm," - Patel söyləyib.
Qeyd edək ki, Patelin bu ilin avqust ayında İsraildə səfərdə olarkən gizli görüşlər keçirdiyi üzə çıxıb.