Giorgi Vaşadze: "Etiraz aksiyaları ölkənin regionlarında da başlayacaq"

Baxış sayı:
5041

"Təqribən 2 həftəlik etiraz aksiyaları ölkənin bölgələrində də başlayacaq. Daha sonra isə paytaxt Tbilisidə izdihamlı askiya baş tutacaq".
Muxalifet.az xəbər verir ki, bu bardə müxalif "Yeni Gürcüstan" partiyasını lideri Giorgi Vaşadze yerli mətbuata açıqlamasında bildirib.

Müxalif liderinin sözlərinə görə, etirazlar aksiyalarının regionlara yayılması irimiqyaslı bir hal olacaq.
G.Vaşadze dünən iqtidarla müxalifətin dialoq görüşündən də söz açıb. O deyib ki, Gürcüstanda alman seçki modelinin tətbiqi Konstitusiyaya zidd deyil və dünən "Gürcü Arzusu" partiyası bu barədə heç bir arqument ortaya qoya bilmədi.
Qeyd edək ki, Gürcüstanın müxalifət partiyaları bu gün axşam saatlarında yenidən bir araya gələrək gələcək planlarını növbəti dəfə nəzərdən keçirəcək. 
Muxalifet.az