“Get, dədənə denən ki, müəllim məni döydü” - VİDEO

Baxış sayı:
241

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. “Qafqazinfo”nun əməkdaşları bu özəl gündə pedaqoq kimi çalışan incəsənət dünyasının tanınmış simaları ilə görüşüb, onların dərs prosesini izləyib. 
Kadrlarda Xalq artisti Vidadi Həsənov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, Opera və Balet Teatrının baş solisti Anar Mikayılov, rəqqas İlham Kərimli və modelyer-dizayner Elnarə Bəkirova yer alıb. 
Məşhur aktyor Vidadi Həsənovun sözlərinə görə, müəllim öyrətmək üçün hər üsula əl atmalıdır: “Aktyorluq fitri istedaddır, Allah vergisidir” – sözünə çox inanmıram. Allah çox şey verə bilər, insan onun qədrini bilməlidir. Aktyorluq peşədir, peşə isə öyrənilən bir şeydir. Tələbələrim bilir. Onları öyrətmək üçün hər vasitədən istifadə edəcəm. Hər vasitə deyəndə doğrudan da hər vasitədən istifadə edirəm. Hətta buna görə məni məhkəməyə verə bilər. Mən əsəbiləşirəm, yeri gələndə vururam. Sonra da deyirəm ki, get dədənə denən ki, müəllim məni danladı, döydü”. 
Digər qəhrəmanlar da öz fəaliyyətlərindən söhbət açıblar, bu gün münasibətilə müəllimləri təbrik ediblər. 
“Qafqazinfo”nun məşhur müəllimlərlə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Elvin Elxan
Fotolar, Video: Nuran Məmmədov