​Geri qayıdan İD döyüşçüləri nə ilə məşğul olacaq?

"Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma İraq və Suriyada ərazi itkiləri verdikdən sonra qruplaşmanın ən azı 5600 tərəfdaşı öz ölkələrinə geri qayıdıb".
Yeni hesabatda deyilir.
ABŞ-da yerləşən The Soufan Centre beyin mərkəzinin bildirdiyinə görə son iki ildə 33 dövlət geri qayıdışlar barədə məlumat verib.
Özünü İslam Dövləti adlandıran qruplaşma de-fakto paytaxtları - Raqqa şəhərini tərk etməyə məcbur oldu. Qruplaşma üç il sürən dəhşətli döyüşlərdən sonra torpaqların böyük hissəsini itirib.
Doktor Lorenzo Vidino onların qaçdıqları ölkələrdə nə dərəcədə təhlükəli olacaqlarına nəzər salır.
İD İraq və Suriyada sürətlə gücünü itirdikcə, dünyanın müxtəlif yerlərində təhlükəsizlik qüvvələrini bir sual narahat edir: bəs döyüşçülər nə ilə məşğul olacaqlar?
İD-yə xaricdən təqribən 30.000 döyüşçü qoşulub və bu döyüşçülərin evlərinə qayıtdıqdan və ya başqa yerə köçdükdən sonra, mənsub olduqları "xilafət" aqibətinin qisasını çıxmaq üçün terror hücumları törədib-törətməyəcəkləri müəmmadır.
Proqnoz vermək çətin olsa da, bu İD-çilərin dəyişən taleyi qlobal təhlükəsizliyə şübhəsiz ki, ciddi təhlükə olacaq(bbc).