Gerhard Şröder: “Bura sizin üçün hansısa banan respublikası deyil!”

Baxış sayı:
3361

Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder bildirib ki, ABŞ prezidenti Donald Tramp öz tərəfdarlarını vassal halına salmaq niyyətindədir. Virtualaz.org xəbər veirr ki, Şröder bunu “Handelsblatt” qəzetinə müsahibəsində deyib.
Almaniya hökumətinin keçmiş rəhbəri qeyd edib ki, Ağ Evin başçısı “azadlıq və bazar iqtisadiyyatı bayrağı altında” dünya iqtisadi sistemini məhv edir.
ABŞ-ın Almaniyadakı səfiri Rimard Qrenellin sözləri Şröderi özündən çıxarıb: “Amerika səfiri hansı cürətlə burada oturub Almaniyanın hərbi büdcəsini tənqid edir və bizim avtomobil sənayemizə hücumlar edir?”
“Mən istərdim ki, AFR hökuməti bunun ona aid olmadığını bildirsin. Bura sizin üçün hansısa banan respublikası deyil!” – Almainyanın keçmiş kansleri vurğulayıb.