Gerasimov: Suriyadan Türkiyəyə neft daşınır

Baxış sayı:
13270

Rusiya kəşfiyyatı Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edib.
Bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, neftin daha çox ABŞ-ın nəzarətində olan bölgələrdən daşındığını bildirib.
Gerasimov bu neftin satışından əldə edilən vəsaitin İŞİD-in maliyyələşməsində istifadə edildiyini deyib.
Rus general ABŞ-ın həmçinin müstəqil kürd dövləti yaratmaq istədiyini söyləyib.