​"Genini ki dəyişə bilməz..." - Anar Mədətovdan Mahirin soyadını dəyişməsinə münasibət

Baxış sayı:
14296

Anar Mədətov oğlunun onun ata adından və soyadından imtina etməsinə xeberchi.az vasitəsilə münasibət bildirib:
“Mən bu günə kimi Mahirə oğluma etdiklərimi halal edirəm. Allah hər zaman başının üstə və köməyi olsun. O Mədətovdu. Adı dəyişmək olar bəs geni, qanı? Genini ki, dəyişə bilməz. Mənim 2- ci dəfə ailə qurmağım ona pis təsir edib və o anasının təsiri altda belə qərar verib. Elnurənin qardaşı qızlarına kimi mən ərə vermişəm, illərdi ailəsinin yükü çiyinlərimdə olub, xoşbəxt yaşamamışam. İndi xoşbəxtliyimi tapmışam onları ac-susuz qoymamışam heç nəsiz evdən çıxmışam bu da Elnurənin mənə etdikləri balamla mənə zərbə vurur. Nə deyim axı?! Mahir tək mənim yox xalqın oğludur”.
Qeyd edək ki, "Qarabağ”ın və milli komandanın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb. Futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı "Əmrəli", ata adı isə "Mahir" olaraq qeyd olunub.