"Generallarım mənə dedi ki..." - TRAMPDAN ŞOK AÇIQLAMA

Yeni administrasiya ABŞ-a əvvəlki hörmətini geri qaytardı.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
“İnanın ki, dünya yenidən bizə hörmət etməyə başlayır. Bizə hörmət etməyən ölkədə bu gün nəsə baş verdi. Oradan bizə çox vacib xəbərlərlə zəng etdilər. Generallarım mənə dedi ki, bütün bunlar böyük hörmətin işarəsidir və bu 1 il əvvəl baş verə bilməzdi”, - Tramp deyib.
ABŞ Prezidenti hansı ölkə barədə danışdığını açıqlamasa da, ABŞ-a yenidən hörmət etməyə başlayan həmin ölkə barədə yaxın günlərdə hər kəsin xəbər tutacağını bildirib.