Generalın qohumu həbs olunub?

Bəylər Əyyubovun bacısı oğlu Əqid Bayroyevin «Bandotdel»ə aparıldığı bildirilir

Lənkəranın hərbi komissarı Əqid Bayroyevin müğənni Nadir Qafarzadəni döyməsi barədə məlumat yayıb. Anaxeber.az saytının məlumatına görə, hadisə Masallının hərbi komissarının oğlunun toyunda, “Ay işığı” restoranında baş verib. Nadir Qafarzadənin toydakı çıxışı hansısa səbəbdən Əqid Bayroyevi hiddətləndirib.
Məlumata görə, sentyabrın 20-da Əqid Bayroyev bu məsələ bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb.
Qeyd edək ki, Əqid Bayroyevin prezidenti şəxsi mühafizə xidmətinin rəhbəri, general-polkovnik Bəylər Əyyubovun bacısı oğlu olduğu bildirilir.