Generalın məhkəməsində daha bir FAKT ÜZƏ ÇIXDI

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Publika.az-ın xəbərinə görə, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə intihar edən MTN polkovniki Malik Mustafayevin epizodu üzrə Ədalət Məmmədov ifadə verib.
O bildirib ki, Malik Mustafayevlə dost olub, onunla birlikdə daim məclislərdə olublar: “Bir gün Maliklə görüşəndə, bildirdi ki, qardaşım Mətləbi tutublar, rəisim Elçin Əli müəllimin (MTN-də naziri müavini Əli Nağıyevdən söhbət gedir - red.) əleyhinə ondan ifadə almaq istəyir”.