​General Sidorov Qarabağda atışmaların niyə səngidiyini açıqladı

Baxış sayı:
7735

Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin müəyyən ölçüdə azaldılmasına nail olunub. Virtualaz.org xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, beynəlxalq vasitəçilərin və region dövlətlərinin birgə səyləri ilə son aylar təmas xəttində gərginliyi azaltmaq mümkün olub. Bu vasitəçilər və region dövlətləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair sonrakı işlər üçün zəruri olan dialoqu fəallaşdıra biliblər.
“Azərbaycan və Ermənistan rəhbərlərinin müntəzəm xarakter almış görüşləri etimadın möhkəmləndirilməsinə və sülh prosesi üçün şəratin yaradılmasına yönəlmiş tədbirlərin görülməsinə dair müəyyən razılaşmaların əldə edilməsinə imkan yaradıb”-general qeyd edib.
Bununla belə Sidorov qeyd edib ki, Qafqaz kollektiv təhlükəsizlik regionunda mürəkkəb vəziyyət qalmaqdadır. Bu situasiya ilk növbədə region sərhədləri boyu yüksək münaqişə potensialının olması, habelə ABŞ və Qərbin regionda mövqelərini möhkəmləndirmək səyləri ilə bağlıdır.