General rüşvət pullarını müavini ilə necə bölüşdürüb?! - FOTO

Baxış sayı:
12814

Rusiya İstintaq Komitəsinin Moskva idarəsinin keçmiş rəhbəri, general-mayor Aleksandr Drımanov öz müavini Denis Nikandrova içərisində 200 min dollar olan kisə verdiyini məhkəmədə təkzib edib.

Muxalifet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsində keçirilən proses zamanı Drımanov həmin kisənin içərisində “konyak olduğunu” bildirib.

İttihama əsasən general Drımanov “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşavun əlaltısı Andrey Koçuykovun (“İtalyan”) həbsdən azad edilməsi üçün böyük məbləğdə, iki partiyada rüşvət alıb. Həmin puldan 200 min dollarını müavini Nikandrova verib.

“Tam əminliklə deyə bilərəm ki, Nikandrova heç bir pul verməmişəm, meşokda konyak idi”,-general məhkəmədə bildirib.

Lakin istintaqla əməkdaşlığa gedən və əvəzində şərti cəza ilə yaxasını qurtaran Nikandrovun ifadəsində Drımanovun ona meşokla dolu dollar verməsi ətraflı təsvir olunur.

“İstirahət otağının divanında ağzına qədər dollar paçkaları ilə dolu olan qara, polimer paket vardı. Drımanov A.A. üstündə “Bosco” firmasının loqotipi olan meşoku əlinə götürdü və ora pul paçkalarını doldurmağa başladı. Bu prosesi başladan Drımanov məndən xahiş etdi ki, çölə çıxım, qapının ağzında dayanıb kənar şəxslərin içəri girməsinə imkan verməyim. Bir neçə dəqiqə sonra Drımanov otaqda çıxdı və pul kupyurları ilə dolu meşoku mənə verib pıçıltı ilə dedi: “Burada 200 mindir”. Pullar Andrey Koçuykovun azad edilməsi üçün “Şakro Molodoy”dan alınan rüşvətdən mənim payıma düşəni idi”-Nikandrov ifadəsində deyib.

General Drımanov və müavini Denis Nikandrov 2017-ci ildə Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olunublar. Onlara qarşı irəli sürülən ittihamlarda həm də istintaq idarəsi rəhbərlərinin "Şakro Molodoy"un qruplaşmasının himayə edilməsindən söhbət gedir. /virtualaz.org