GENERAL RUSİYA BAZASINA HÜCUMA GÖRƏ BU ƏMRİ VERDİ

Baxış sayı:
3349

Rusiyanın radioelektron mübarizə qüvvələri Suriyanın Rusiyadakı bazası yaxınlığında peyk əlaqəsini (2G və 3G) kəsəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı RBK agentliyi yayıb. Qərarın Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının 8-ci İdarəsinin rəisi general Yuri Kuznetsov tərəfindən verildiyi bildirilir.
Bu addımın atılmağına əsas səbəb kimi Rusiyanın hərbi obyektlərinə pilotsuz uçan aparatların hücumu olub.
Qeyd edək ki, Rusiyanın Suriyadakı Hmeymim bazasına yanvarın 1-də pilotsuz uçan aparatlarla hücum edilib. Eyni formada hücum yanvarın 6-da da yaşanıb.