General Romanenko: “Kiyevə yaylım atəşi ilə 360 “İsgəndər”i birdən atacaqlar...”

Baxış sayı:
4987

Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin keçmiş komandanı, general-leytenant Sergey Nayev bu günlərdə bəyan edib ki, onların ordusu Donetsk və Luqanskı bir sutkadan da az vaxtda geri ala bilərdi. Onun sözlərinə görə, həmin zaman ərzində Ukrayna ordusu Rusiya ilə sərhədə çıxmalı və orada möhkəmlənməlidir.

Bəs bu bəyanatlar nə dərəcədə realistdir? Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş qəragah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko həmkarının dediklərini dəyərləndirib.

Romanenko deyib ki, general Nayev peşəkar hərbçidir, qoşunların vahid idarəetmə mərkəzini yaratmaq üçün çox iş görüb, cavab atəşi açmaq ixtiyarını aşağı rütbəli komandir heyətinin ixtiyarına buraxıb. “Lakin bir halda ki, o orada öz qruplaşmasını belə yüksək səviyyədə hazırlamışdı, gərək qruplaşmaya komandanlıq edəndə belə bəyanatlar verəydi. Bu birincisi. İkincisi, qoşunlar sərhədə ancaq ali baş komandanın əmri ilə irəliləyə bilər, birləşmə komandirinin deyil. Lakin biz hətta sərhədə gedib çıxa bilsək bu Rusiya ilə böyük sayda insan tələfatına səbəb olan irimiqyaslı müharibə demək olacaq. Bizim potensialımız fərqlidir. Rusiyanın zirehli texnika, uçuş aparatları, raketlərdə bizdən üstünlüyü var. Vladimir Putin boş dayanmayacaq”-general bildirib.

Romanenko qeyd edib ki, 2014-cü illə müqayisədə Ukraynanın vəziyyəti pisləşib. Ruslar Krımda strateji qoşun qruplaşması yerləşdiriblər. Bundan əlavə onlar öz qoşunlarını Belarusa yeridiblər, silah anbarları təşkil ediblər və Ukraynaya şimaldan strateji zərbə endirməyə hazırdır. Hansı ki, Ukraynanın şimal sərhədlərindən Kiyevə qədər məsafə ən qısadır.

“Onlar Şərqdə də “İsgəndər” operativ-taktiki raketlərinin briqadasını cəmləşdiriblər. Diviziyonlardan biri bilavasitə Kiyevi hədəf alacaq. 360 raketdən ibarət yaylım atəşi mümkündür, hansı ki, bu raketlər ancaq Kiyevə yönələcək. Ona görə də deyirəm ki, kiçik sovet ordusu heç vaxt böyük orduya qalib gələ bilməz. Əgər sizin yeni silah sistemləriniz azlıq edirsə onu daha çox canlı qüvvə və daha çox sayda köhnə silahlarla əvəz etmək məcburiyyətindəsiniz”-ukraynalı general belə deyib.