​General qırıcı təyyarəni evinə sürdü... – İNANILMAZ

Baxış sayı:
5641

Ricard Reboul dünyada yeganə generaldır ki, bombardmançı və qırıcı təyyarələri şəxsi işində, xüsusilə yay aylarında villasına gedib-gəlmək məqsədilə istifadə edib.
Muxalifət.az-ın məlumatına görə, bu hərəkətinə görə onun haqqında araşdırma açılıb.
Fransa Hərbi Hava Qüvvələrinin komandan müavini, general Riçard Reboul bombardmançı təyyarələrlə azı 10 dəfə villasına gedib.
Generalın xidmət yeri ilə villası arasında məsafə 600 kilometr olub. General 600 kilometrlik yolu qırıcı təyyarə ilə 28 dəqiqəyə qət edirmiş.
İki pilot generalı cümə axşamları villasına aparır, bazar ertəsi səhər saatlarında isə işə gətirirmiş.