​ GENERAL ƏLİXANOV İŞDƏN ÇIXARILDI

Baxış sayı:
3682

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.
Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: "Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur."