​General daha bir rəisi işdən çıxartdı

Baxış sayı:
2620

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi dəyişib. Muxalifet.az report-a istinadla xəbər verir ki, şöbə rəisi Şahin Xəlilov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə Xidmətin Beyləqan rayon şöbəsində çalışan polkovnik Şirvan Xasıyev təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Xidmətin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad edilmişdi.