GENERAL 100 MİN RÜŞVƏTƏ GÖRƏ İŞDƏN ÇIXARILIB? - Qalmaqalda “Hafka"nın da adı hallanır...

Baxış sayı:
5575

Ədliyyə generalı Nurəddin Mustafayevin işdən çıxarılması haqda ilginc iddialar var. Vəkillərdən biri generalın 100 min manat rüşvət tələb etdiyi üçün işdən çıxarıldığını deyir. Hətta generalın rüşvət almasını təsdiq edən səs yazısı da var.

Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, bir necə gün əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayev işdən çıxarılıb.

Ədliyyə naziri Fikrət Məmmədovun 13 avqust tarixində imzaladığı əmrlə Nurəddin Mustafayev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin bu əmri olduqca maraqlı və gözlənilməz qərar kimi şərh edilib.

Ədliyyə Nazirliyi isə generalın işdən çıxarılmasını belə şərh edib: “Nurəddin Mustafayev ölkədə gedən islahatlar və kadr dəyişilikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tuduğu vəzifədən azad olunub”.

Geniş müzakirələrə səbəb olan əmrin ardınca vəkil Adəm Məmmədovun sensasion açıqlaması gündəm olub.

 

 Adəm Məmmədov

 

Adəm Məmmədov bildirib ki, general 100 min manat rüşvət tələb edib. Hətta həmin məbləği alsa da, qarşılığında vəd etdiyi işi görməyib.

Adəm Məmmədov deyib ki, yaxından tanıdığı İsmayıl Kəngərli adlı vəkil general Nurəddin Mustafayevlə danışıqlar aparıb və bu danışıqları qeydə alıb.