Gediş haqqları yenidən DƏYİŞƏCƏK: Pik saatlarda... - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
6298

"Ailə var, 4 uşağı məktəbə gedir. 30 qəpik o tərəfə, 30 qəpik bu tərəfə. O ailə necə etsin?! Kartlar çıxsın, uşaqlara 30 qəpik yox, 15 qəpik olsun".
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu təkliflə aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan BNA-nın (Bakı Nəqliyyat Agentliyi) mətbuat katibi Mais Ağayevlə söhbəti zamanı çıxış edib.
BNA rəsmisi nəqliyyat sistemində gözlənilən vacib dəyişikliyin anonsun verib:
"Bizə qərar verilsin ki, bunu icra edək. Biz icra edici qurumuq, bizim belə bir səlahiyyətimiz yoxdur.
Ümumiyyətlə ilin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Deyək ki, səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində belə şeylər var".

Gediş haqqları yenidən DƏYİŞƏCƏK: Pik saatlarda... - RƏSMİ AÇIQLAMA - FOTO