“Gedirsən? Bəs ağacları niyə kəsirsən?...” - RUSİYA HƏRBÇİSİNİN LAÇINDAN ÇIXMAĞA HAZIRLAŞAN ERMƏNİYƏ SUALI

Baxış sayı:
1223

28 il əvvəl işğal etdikləri Laçın rayonunun kəndlərindən çıxıb rədd olmağa hazırlaşan mülki işğalçılar (bu torpaqlarda qanunsuz məskunlaşmış erməniləri “əhali” adlandırmaq ciddi yanlışlıqdır) əllərinə keçən hər şeyi, o cümlədən ağacları da daşıyıb aparırlar.

Virtualaz.org xəbər verir ki, Dağlıq Qarabağa yeridilən Rusiya sülhməramlı kontingentinin hərbçilərindən biri belə ermənlərdən birinin videogörüntülərini çəkib və sosial şəbəkələrdə paylaşıb. Görüntülərə əsasən hansısa kənddən çıxıb rədd olmağa hazırlaşan erməni qanunsuz məskunlaşdığı evin taxtasını, şiferlərini belə söküb. Üstəlik o, həyətdəki ağacları da doğrayır və daşımağa hazırlaşır.

“Bu ağacları da aparacaqsan?”,-rusiyalı hərbçi soruşur. Erməni “hə” cavabı verir. “Yəni hər şeyi təmizləyib aparırsan”,-hərbçi deyir. “Bu gün getməyə hazırlaşırsan?”,-bu dəfə başqa hərbçi ona sual verir, erməni başı ilə təsdiqləyir. “Bəs ağacları niyə niyə kəsirsən?”,-Rusiya hərbçisi yenə sual verir. Erməni mülki işğalçı isə bu dəfə sualı cavabsız buraxır...

https://vestikavkaza.ru/upload/files3/Vwrubka%20derev'ev.mp4