Gecə saatlarında Prezident Administrasiyasının ətrafında işıqlar niyə söndürülür? – SAKİNLƏR ZÜLMƏT QARANLIĞA GÖRƏ NARAHATDIRLAR

Baxış sayı:
4942

Səbayel rayonu, Teymur Elçin 4 ünvanında yaşayan bir qrup sakin tərəfindən Muxalifet.az-ın redaksiyasına müraciət daxil olub.

Gecə saatlarında, təxminən saat 1:00 radələrində yaşadıqları ərazidə işıqların söndürüldüyünü deyən şikayətçilər bildirir ki, bu məsələyə görə çox narahatdırlar.
Onların sözlərinə görə, zülmət qaranlıq səbəbindən gecə saatlarında Teymur Elçin 4-də və yaxın küçələrdə hərəkət etmək çətin olur.
Məlumata əsasən, təkcə yaşadıqların həyətin deyil, yaxınlıqdakı bütün həyətlərin, eləcə də mərkəzi küçələrin işıqları da söndürülür ki, bu zaman zülmətdən ətrafı görmək mümkün olmur.
Sakinlər deyir ki, yaşadıqları Teymur Elçin 4 ünvanı Prezident Administrasiyasının düz qarşısında yerləşdiyindən, əslində, təhlükəsizlik baxımından bu ərazidə işıqların söndürülməsi düzgün deyil.
“Əksinə, Prezident Administrasiyasının, eləcə də bu kimi strateji obyektlərin ətrafındakı bütün küçələrin işıqlandırılmasına xüsusi diqqət ayrılmalıdır ki, təhlükəsizlik məsələsi daim nəzarətdə saxlanılsın. Odur ki, Teymur Elçin 4 ünvanında və yaxın həyətlərdə işıqların söndürülməsi düzgün deyil”, - deyə şikayətçilər bildirirlər.

Muxalifet.az

Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.