Gecə klubunun döşəməsi uçub, 22 nəfər xəsarət alıb - VİDEO

İspaniyanın Tenerife adasındakı gecə klubunda döşəmənin uçması nəticəsində 22 nəfər xəsarət alıb.
Bu barədə fövqəladə hallar xidmətlərinə istinadən "El Periodico" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə bazar gününə keçən gecə, noyabrın 26-da, Adexe şəhərində baş verib.
Nəşr yazır ki, döşəmə 4 kvadratmetr sahədə çöküb, insanlar bir mərtəbə hündürlükdən yerə düşüb.
İki nəfər ciddi, digərləri isə bədənin aşağı ətraflarından sınıq və əzik xəsarətləri alıblar(report).