​Gecə klubunda silahlı atışma: 1 ölü, 1 yaralı - Video

Rusiyanın Kemerov vilayətinin Leninsk-Kuzneçki şəhərində gecə klublarından birində baş verən silahlı atışmanın videogörüntüləri yayılıb.
Muxalifet.az xəbər verir ki, videodan göründüyü kimi əlində silah olan şəxs qapının qarşısında dayanan müştərilərə anidən atəş açır və gizlənir.
Məlumata görə, bundan hiddətlənən müştərilərdən biri avtomobilindən öz silahını götürərək kluba qayıdıb və bir neçə dəfə mühafizəçilərə tərəf atəş açıb.
Hadisə zamanı 2 nəfər yaralanıb.
Yaralılardan birinin Kemerova sakini olduğu və daha sonra xəstəxanada həyatını itirdiyi deyilib.
Qətli törədən 31 yaşlı şəxs isə tez bir zamanda polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başladılıb.