Gecə klubunda ATIŞMA - 5 nəfər yaralanıb...

Baxış sayı:
2197

İstanbulun Ataşəhər səmtində gecə klublarının birində silahlı insident baş verib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə yerli vaxtla 03:30 radələrində müştərilərdən biri ilə klubun mühafizəçiləri arasında mübahisə düşüb. Oradan ayrılan müştəri yarım saat sonra bir neçə nəfərlə geri qayıdıb. Silahlı qrupun klubu atəşə tutması nəticəsində 5 nəfər yaralanıb.