Gədəbəyin icra başçısı ötən həftənin “media ulduzu” oldu – 17 SAYT RAMİZ YEDİYAROVDAN YAZDI

Siyahımızda Abdin Fərzəliyev ikinci, Taleh Qaraşov isə üçüncü yeri tutur 

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri “Yediyarov-sahibkar toqquşması davam edir”“Gədəbəyin icra başçısı “Müsibəti-Fəxrəddin”i yenidən “yazır”” adlı 2 məqalənin 17 elektron KİV-də yayılmasıyla Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri isə “Prezidentdən orden alan Abdin Fərzəliyev gözdən əlillərin evinə göz dikib”, “Mədəniyyət Nazirliyi: “Abdin Fərzəliyevə tarixi evi sökməyi qadağan etmişdik, bizi dinləmədilər””, “Seçkiqabağı Abidin Fərzəliyev iqtidara təzyiq üçün Kremlə “yem” verdi”“Abdin Fərzəliyevin mütəşəkkil korrrupsiyasının qurbanları Rusiya Prezidentinə müraciət etdi” adlı 4 məqalənin 17 elektron KİV-də yayılmasıyla Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tutur.

Nəhayət, həftə ərzində mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yerdə isə ““Palata Taleh Qaraşovu 15 dekabr ərəfəsində niyə “vurdu”?”“Bunları da Taleh Qaraşovun ayağına yazaq...” başlıqlı 2 məqalənin 10 saytda yayılması ilə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov olmuşdur.

Muxalifet.az
 
P.S. Qeyd edək ki, həftəlik təhlil üçün əldə edilən 137 məlumat ümumilikdə 43 elektron KİV-də yayılmışdır. Onlardan 12-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 31 saytın paylaşım statistikası aşağıdakı cədvəldəki kimidir.
Bununla yanaşı, ən çox bu tip məlumatları paylaşan politika.az  saytını 10 məlumatından 6-sı ilk dəfə olaraq bu saytda verilmiş, daha sonra digər saytlar tərəfindən tirajlanmışdır.
Diqqətçəkən məqamlardan biri isə odur ki, ötən həftə siyahımızda ikinci olan anaxeber.az saytı bəzi məlumatları yaydıqdan sonra silir. Bu isə saytın tərəfimizdən müəyyənləşdirilən yeri dəyişikliyə məruz qalır.