​Gədəbəydə yol qəzası nəticəsində SÜRÜCÜ ÖLDÜ

Hadisə zamanı ağır xəsarət alan sürücü xəstəxana keçinib
Gədəbəydə yol qəzası nəticəsində sürücü ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü rayon sakini Mehdi Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı ağır xəsarət alan sürücü xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.