​ Gədəbəydə ata-anasını öldürüb qaçan Məsimov tutuldu

Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimov rayonun Dəyirmandağ kəndi ərazisində, Qarabağlılar adlanan sahədə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.