G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Baxış sayı:
2368

G7 ölkələri Donbasdakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Böyük yeddiliyə” üzv ölkələrin XİN rəhbərləri və Avropa diplomatiyasının rəhbəri  Federika Moqerininin birgə bəyanatında deyilir.
 
"Rusiyanın hərəkətləri bunu vadar edərsə, biz əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq”, bəyanatda vurğulanıb. G7 ölkələri Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Nazirlər həmçinin Krımda insan haqlarının vəziyyətini pisləyiblər.
 
G7 ölkələrinin XİN rəhbərlərinin görüşü aprelin 22-23-də Kanadanın Toronto şəhərində baş tutub. Aprelin 23-24-də isə burada  “Böyük yeddiliyə” üzv ölkələrin daxili işlər və təhlükəsizlik nazirlərinin görüşü keçirilir.
 
Qeyd edək ki, Kanada 2018-ci ildə G-7-yə sədrlik edir. İyunun 8-9-da Malbe şəhərində “Böyük yeddiliyin” zirvə toplantısı keçiriləcək.