G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıb:"Ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyi..."

Baxış sayı:
3838

“Böyük iyirmilər” ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.

TASS xəbər verir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri “İyirmiliyin” görüşünün bağlanışı mərasimində deyib.

“Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik”, – deyə o, bildirib.

“Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik”, – deyə Makri əlavə edib.

Argentina lideri onu da qeyd edib ki, ölkələr onların qarşısında “çox ciddi çağırışlar”ın” olduğunu etiraf edirlər.