​G20 iclasında prezidentə doğum günü sürprizi

Baxış sayı:
5272

Argentina Prezidenti Maurisio Makri G20 sammitində Çili Prezidenti Sebastian Pineranı doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, Makri çilili həmkarına üzərində şam olan tort göndərib və iclasa başlamazdan əvvəl mikrofonla Pineraya təbrik ünvanlayıb.
69 yaşı tamam olan Pinera şamı söndürdükdən sonra Argentina prezidentinə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti öz işinə başlayıb. İki gün davam edəcək sammitdə 19 ölkə lideri və Avropa Birliyindən olan nümayəndələr iştirak edir, 3 mindən çox jurnalist isə sammiti canlı izləyir.