G20 görüşünün yekun bəyannaməsi açıqlandı

Almaniyanın Hamburq şəhərində təşkil olunan XII G20 liderlərinin sammitinin yekun bəyannaməsi açıqlanıb.
 
Bəyannamədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qloballaşmanın faydalarının bölüşdürülməsi", "Sabitliyin yaradılması", "Davamlı dolanışıq mənbələrinin inkişaf etdirilməsi" və "Öhdəlik qəbul etmək" kimi təklif etdiyi əsas mövzular yer alıb.
Bəyannamədə beynəlxalq ticarət, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Paris İqlim Dəyişikliyi Sazişinin dəstəklənməsi, Afrika ilə işbirliyi, məşğulluğun artırılması və cəmiyyətdə qadının rolunun gücləndirilməsi zəruriliyi vurğulanıb.
"Bizim dövrün çətinliklərinin öhdəsindən gəlmək və bir-biri ilə bağlı bir dünya formalaşdırmaq beynəlxalq iqtisadi əməkdaşlıq üçün aparıcı forumumuz olan G20-nin ortaq hədəfidir", - bəyannamədə qeyd edilib.