Fəzail Ağamalı baş prokurora müraciət etdi - KAMİL MUSƏVİDƏN ŞİKAYƏT EDİB / FOTO, VİDEO

Baxış sayı:
2651

60 saylı Salyan - Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı ona qarşı edilmiş təxribatlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət ünvanlayıb.

Muxalifet.az xəbər verir ki, müraciət mətnində deyilir:

6 fevral 2020-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törəldilmişdir.

Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının köməkliyi ilə ərazini tərk etmişdir. Fəzail Ağamalının tərəfdarları və minik maşını hücumlara məruz qalmışdır./Demokrat.az