Əfv Komissiyasının iclasları yekunlaşdı - Siyahı Prezidentə göndəriləcək

Baxış sayı:
10336

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
İclasda əfvlə bağlı daha 100 müraciətə baxılıb. Bununla da, ümumilikdə 800 müraciətə baxan komissiya işini yekunlaşdırıb. Əfv olunacaq məhkumların yekun siyahısı hazırlandıqdan sonra Prezident İlham Əliyevə təqdim olunacaq. 
Qeyd edək ki, ölkə başçısının Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.