​Füzulidə vəziyyət gərginləşdi, əraziyə qoşun yeridildi - VİDEO

Aksiyaçıların mərkəzi yolu bağladığı bildirilir

Yanvarın 13-də səhər saatlarından Füzuli rayonunun Bala Bəhmənli kəndində qiymətlərin qalxmasına etiraz olaraq aksiya keçirilir. Kənd sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, aksiyaya Əhmədbəyli və Mahmudlu kəndlərindən qoşulublar. Aksiyada 1000-ə yaxın adamın iştirak etdiyi bildirilir.
Etirazçıların Bakı-Horadiz yolunu bağladığı bildirilir.
Yanvarın 12-də Böyük Bəhmənli kəndi eyni tələblə aksiya keçirmiş, mərkəzi yolu bağlamışdı.