Füzulidə tank əleyhinə mina aşkarlandı - Foto

Noyabrın 1-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Muxalifet.az -a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir əkin sahəsinə baxış keçiriblər. Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 100 millimetrlik top mərmisi (OF-412), tank əleyhinə mina (TM-57) və dörd ədəd partlamış mərmi qalıqları aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş top mərmisinin və minanın ətrafında üç min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 1-dək, ümumilikdə, 7511 partlamamış hərbi sursat, tank əleyhinə 201 mina və piyada əleyhinə 32 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 734 min 7 kvadratmetr ərazi yoxlanılıb.