​Füzulidə ağır qəza: ölən və yaralanan var

Baxış sayı:
7633

Füzulidə ölümlə nəticələn ağır qəza baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 11-də saat 8 radələrində Füzuli rayonunun Fin qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda dönmə əməliyyatı edən qəsəbə sakini S.Vəliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə vurub.
Nəticədə S.Vəliyev xəstəxanaya aparılarkən yolda ölüb, “Ford Transit” markalı avtomobildəki 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.