​Füzuli Tanırverdiyev İŞDƏN ÇIXARILDI

Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Füzuli Tanırverdiyev vəzifəsindən azad edilib.
Report-un xəbərin görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və qərar qəbul olunub.
Hələlik icra hakimiyyətinin Hüquq şöbəsi müdiri vəzifəsinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət öncə, F.Tanırverdiyev özünün Feysbuk profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti Feysbukdada və mətbuatda ciddi tənqid olunub.