Füzuli sakini qohumunu GÜLLƏLƏDİ
20-01-2018 13:00
Baxış sayı:
1168
Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.
Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-8" markalı tüfəng də götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.