Füzuli sakini həmyerlisini avtomobillə vuraraq öldürdü

Füzuli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.