Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Baxış sayı:
1156

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Araz Dilağarda kəndində baş verib.

Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.