Futbolda transfer rekordu - 5.44 MİLYARD DOLLAR

Baxış sayı:
6202

Futbol klubları yay mövsümündə transferlərə 5.44 milyard dollar xərcləyiblər.
 
FİFA-nın saytında yer alan məlumata görə, qeyd olunan məbləğ növbəti transfer rekordudur.
 
Bildirilib ki, ötən il 7590 transferə 4.71 milyard dollar vəsait xərclənib. Bu yay isə klublar tərəfindən 8401 futbolçu tranfser edilib.
 
Məlumata əsasən, İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya klubları tərəfindən transferlərə 4.21 milyard ödəniş edilib. Ən çox transfer İngiltərə klublarına məxsusdur - 1.44 milyard.
 
Qeyd edək ki, yay transfer pəncərəsi iyunun 1-də açılıb, sentyabrın 1-də bağlanılıb.