Futbol: Türkiyə Kosova ilə görüşəcək

Bu gün 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək
 
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
"D", "G" və "I" qruplarında baş tutacaq matçlarla Avropa zonasında VI tura yekun vurulacaq.
"D" qrupunda İrlandiya – Avstriya və Serbiya – Uels qarşılaşmaları gərgin mübarizə vəd edir. "G" qrupunun liderləri – İspaniya və İtaliya kollektivləri isə müvafiq olaraq Makedoniya ilə Lixtenşteyni sınağa çəkəcək.
"I" qrupunda ilk iki pilləni bölüşən İslandiya və Xorvatiya münasibətlərini ayırd edəcək. "Play-off" mərhələsinə yüksəlmək baxımından işini çətinə salan Türkiyə isə Kosovanın qonağı olacaq.
2018-ci il dünya çempionatının seçmə mərhələsi
Avropa zonası, VI tur
11 iyun
D qrupu
20:00. İrlandiya - Austriya
20:00. Moldova - Gürcüstan
22:45. Serbiya - Uels
Xal durumu: Serbiya, İrlandiya - 11, Uels, Austriya - 7, Gürcüstan - 2, Moldova - 1.
G qrupu
22:45. Makedoniya - İspaniya
22:45. İsrail - Albaniya
22:45. İtaliya - Lixtenşteyn
Xal durumu: İspaniya, İtaliya - 13, İsrail - 9, Albaniya - 6, Makedoniya - 3, Lixtenşteyn - 0.
I qrupu
20:00. Finlandiya - Ukrayna
22:45. İslandiya - Xorvatiya
22:45. Kosova - Türkiyə
Xal durumu: Xorvatiya - 13, İslandiya - 10, Ukrayna, Türkiyə - 8, Finlandiya, Kosova - 1.